• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 08.12.2022 22:00

Təcili yardıma rekord həddə çağırış qeydə alınıb

KepezTV Player

Payızın ən soyuq günlərini yaşayırıq. Son bir neçə gündür ki, yağan qar eləcə də havanın soyuq keçməsi sağlamlığında problemlər olanlar üçün heç də xoş deyil. Təcili yardıma müraciətlərin sayında 20 faizlik artım da görünür bununla bağlıdır. Həkim məsləhəti belə havada sağlamlığımızın qorunmasnda yardımçı ola bilər.

Sədaqət Əliyeva  dispetçer: Əvvəllər çağırışların sayı az idi. İndi çağırışlarımız çoxalıb. Hava şəraiti soyuqlaşıb və ona görə də çağırışlar artıb.

Hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına artan çağırışlar bəzi xəstəliklərin baş qaldırmasıdır. Eləcə də xroniki xəstəlikləri olanların belə havada sağlamlıqlarında yaranan problemlərdir.

Mahmud Əliyev növbə həkimi: Yuxarı tənəffüs yollarının xəstəlikləri, boğaz nahiyyəsində müəyyən xəstəliklərin olması hərarətin olması çağırışların 70-80 faizi bunla bağlıdır. Revmatik xəstəliklər havanın rütübətli olması ilə bağlı artıb. Qripdə kəskin olaraq çoxalır. Ürək damar, ağ ciyər xəstəlikləri də artıb. Bunlara yerində köməklik göstərilir əgər lazım olsa xəstəxanaya da aparırıq.

Adi günlərdə Gəncədə Təcili Yardıma 250-ə qədər çağırış daxil olurdusa, indi bu rəqəm 350-ə qalxıb. Son 1 ayda isə rekort sayda - 8588 çağırış zəngi qeydə alınıb.

Sevinc Vəliyeva  həkim: Bədəni möhkəmlədən, imuntenti qaldıran dərmanlara, qidalara fikir versinlər. Yuxarı tənəffüs yollarını soyuqdan gözləsinlər. Uşaqlar açıq havada ağızları açıq olur deyə xəstələnirlər. Bir-biri ilə yaxın təmasda olanda çoxalır. Qızdırma olanda mütləq həkimə müraciət etmək lazımdır. Təcili yardıma eləcədə sahə həkimlər müraciət lazımdır. Vaxtın müalicə lazımdır ki, fəsadlar olmasın.

Sakinlər də havanın soyuması ilə bağlı tövsiyyələrə əməl olunmağın faydasına diqqət çəkir.

Sahib Babayev  sakin: Ümumi prinsiplə baxsan indiki bu xəstəliklərin müxtəlif növləri artmaqla özünü qorumalısan. Tək soyuq deyil bütün mövsümdə özünü qorumalısan. Soyuqda da soyuqdan qorumalısan.

Vahid Vəzirov  sakin: Qalın geyinmək lazımdır. İsti yerlədə olmaq lazımdır. İnsan özü-özünün həkimi olmalıdır.

Sinoptiklərin məlumatına görə havanın qeyri sabit və soyuq keçməsi davam edəcək. Gecələr isə havanın mənfi tempuratura düşəcəyi göslənilir. Bu isə sağlamlıqla bağlı özünu qoruma tədbirlərini vacib edir.

Elnur Vahidoğlu