• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 08.12.2022 18:02

Şəhid valideynləri Şuşaya səfərə yollanıblar

KepezTV Player

Samux Rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri üzvlərinin  Şuşaya səfəri təşkil edilib. Səfərdə rayon icra hakimiyyətinin məsul şəxsləri və torpaqlarımıızn işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynləri iştirak ediblər. Şəhid ailələri Samuxdan Şuşaya ilk dəfə təşkil olunan səfərin əhəmiyyətini vurğulayıblar. Bu kimi səfərlərin vaxtaşırı təşkil olunmasının əhəmiyyətinə diqqət çəkiblər. Səfər zamanı Samux sakinləri Şuşa, Ağdam və Füzuli şəhərlərində yerləşən tarixi, mədəni və dini abidələri ziyarət edəcəklər. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı  yenidənqurma işləri ilə tanış olacaqlar. Təhlükəsizliyin təmin olunması məqsədilə səfər polis əməkdaşlarının müşayiəti ilə təşkil edilib.

İlham Məmmədov şəhid atası:Bizim övladlarımızın ədaləti sayəsində onların döyüşləri sayəsində biz bu gün Şuşaya səfər edirik. Ali Baş Komandınımızdan ona görə çox razıyam ki, bu gün bizə belə bir şərait yaratdı. Biz bu gün alnıaçıq Şuşa şəhərimizə turlar təşkile də bilirik. Gedib gəzirik və arzularımızı həyata keçiririk.