• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 02.12.2022 19:50

Vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilir

KepezTV Player

Əhalinin sağlamlığının qorunması dövlətimizin sosialyönümlü siyasətinin tərkib hissəsidir və bu məsələ daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, son illər dövlət büdcəsində səhiyyə sahəsinə ayrılan xərclər artıb, respublikamızda müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuş yüzlərlə yeni tibb müəssisəsi əhalinin istifadəsinə verilib. Göygöl Rayon Mərkəzi Xəstəxanasıda son illər yenilənən tibb ocaqlarındandır. Xəstəxananın müasir tibbi avadanlıqlarla təchizatı vətəndaşlara göstərilən xidmətin kefiyyətini xeyli yüksəldib.
Göygöl rayonunda Mərkəzi Xəstəxana ilə yanaşı, Çaykənd və Balçılı kənd xəstəxanalarında yaradılan Ailə Sağlamlıq mərkəzləri, həmçinin 10 kənd həkim və 22 kənd tibb məntəqəsi tərəfindən səhiyyə xidmətləri göstərilir. Bu ilin arxada qalan dövründə xəstəxanaya 200 mindən çox sakin müraciət edib. Onlardan 43789 nəfəri stasionar, 182147 nəfər isə ambulator müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 1000-dək vətəndaş müraciət edir.
 Xəstəxana keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla təmin olunub. Müasir rentgen, flüoroqrafiya, USM, exokardioqrafiya, hemodializ və ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verir. Sakinlər yaradılan şəraitdən və göstərilən tibbi xidmətin kefiyyətindən razılaqlarını bildiriblər.
Göygöl rayonunda yaradılan şərait ətraf şəhər və rayonların sakinləri üçün də əlverişlidir. İndi sakinlər daha çox Gəncə və Bakı şəhərlərinə deyil, Göygöl xəstəxanasına üz tuturlar.