• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 02.12.2022 16:15

Sakinlərin içməli su problemi həll olunub

KepezTV Player

Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan layihəyə uyğun olaraq Göygölün Üçtəpə kəndində içməli su sistemi yaxşılaşdırılıb. Yaponiyanın Azərbaycandakı Səfiri Vada Cüniçinin də iştirak etdiyi mərasimdə kəndin su toplama nöqtəsi, su çəni, su borusu, 3 bulaq  ilə təmin olunduğu vurğulanıb. Layihənin icrası nəticəsində, rayonunun Üçtəpə və Yeni Qızılca kəndlərinin su sisteminin vəziyyətinin yaxşılaşdırılması ilə yerli əhalinin gündəlik həyat və sanitar şəraitinin yaxşılaşdırılmasına nail olunub. İndiyədək Azərbaycanda ”Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində 283 layihə icra olunub və 23 milyon 890 min ABŞ dolları vəsait xərclənib. Bu layihələr Azərbaycan  əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.