• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 734
— 02.12.2022 09:31

Tələbələr arasında kütləvi dava olub

KepezTV Player

Gəncədə tələbələr arasında kütləvi dava olub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilən futzal oyununda yaranan mübahisə davaya çevrilib. Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə keçirilən yarış Gəncə Olimpiya İdman Kompleksində reallaşıb. DİN-in mətbuat xidmətinin məlumatına görə, hadisə ilə bağlı araşdırma başlayıb. Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.