• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2157
— 01.12.2022 20:38

Ombudsman Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsini pisləyib

KepezTV Player

Fransa Parlamentinin aşağı palatası tərəfindən ölkəmiz əleyhinə qərəzli olaraq qəbul edilmiş, özündə heç bir həqiqəti əks etdirməyən təxribat xarakterli qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə və sülhyaratma prosesinə ciddi zərər verməkdədir. Bunu Ombudsman Səbinə Əliyeva deyib. "Hesab edirik ki, bir-birinin ardınca belə qərəzli qətnamələrin qəbulu nəinki Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur, regionda siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına mənfi təsir göstərir.Fransa Parlamentin aşağı palatasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsini qəti şəkildə pisləyir, onların bu hərəkətini təxribatçı addım kimi qiymətləndirirəm. Fransanı regionda milli ədavəti qızışdırmaq və aparılan bərpa-quruculuq proseslərinə mane olmaq istiqamətindəki fəaliyyətindən əl çəkməyə çağırıram", - deyə Ombudsman qeyd edib.