• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 01.12.2022 20:37

"Böyük bacı"nın canfəşanlığı, xoruz banından başqa bir şey deyil

KepezTV Player

Terrorizmi dəstəkləyən dövlət – Fransa. Azərbaycan xalqına qarşı erməni terrorizmini dəstəkləməyin başqa adı yoxdur. Fransa həm I Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünü silahla, pulla, ardıcıl siyasi dəstək təmin etməklə müdafiə edib. Bu gün də davam edən bu siyasət Fransanın, şəxsən prezident Makronun bütün cəhdlərinə baxmayaraq qəhrəman Azərbaycan xalqının və onun qətiyyətli liderinin iradəsini sındıra bilməz. İndi bir daha aydın olur ki, Prezident İlham Əliyev niyə Makronu sülh danışıqlarını pozmaqda açıq şəkildə ittiham edir və Brüssel görüşünün baş tutmasına səbəb nədr. Afrikanın müxtəlif ölkələrində soyqırımlar, amansız qırğınlar törədən, müstəmləkəçi dövlət olan Fransa Azərbaycanı heç bir ölkə ilə səhv salmasın, kağız parçasında o tərəfə dəyəri olmayan qətnamələri ilə təziq cəhdləri isə keçərli deyil.

Fransanın Ermənistan Azərbaycan münaqişəsində bitərəf olmadığ ta başından bəlli idi. Hətta İrəvan özünü hər zaman məhz Parisin çətiri altında rahat hiss edib. Amma Fransa bu vaxtadək bu qədər qərəzli, xain və bədniyyətli olmayıb. Ən azından bunu indiki şəkildə göstərməyib.  Fransa hökümətinin əli hər zaman erməniərin üzərində olub. Təkcə Ermənistanda yox...elə Fransada da.. Demək, firəng-türk düşmənçiliyini 21-ci əsrədək gətirib çıxarmağa müyəssər olublar. Neylək, amma düşmənçiliyi də kişi kimi etmək bacarığından uzaq  olan fransızlar bu işdə ermənilərdən maşa kimi istifadə ediblər. Əslində ermənilər kimin əlində maşa olmayıblar ki, fransızların, rusların, farsların və s. Yəqin ki, bu süjetdə prezident ilham əliyevdən bir neçə dəfə sutat gətirəcəyik. Söz vaxtına çəkər. Gəlin 2020-ci ilin bugününə dönək. 44 günlük müharibə başa çatmışdı. Laçın rayonun Azərbaycana qaytarılması münasibətilə  Prezident İlham Əliyev xalqa müraciətində artıq Fransada açıq şəkildə baş qaldırmış anti-azərbaycan kampaniyası aparanlara sözünü deyirdi.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz. Bir daha demək istəyirəm ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar.

Azərbaycan diplomatik sahədə müəyyən addımlar atdıqdan sonra fransızların gərginliyi üzdə də olsa bir qədər səngidi.  Səfərlər oldu, nümayəndə heyətləri gəldi, bizi inandırmağa çalışdılar ki, sülh naminə ermənilərlə işləyirlər. Amma işləmirlərmiş, əksinə onları gücləndirirləmiş. Emanuel Makronun Bakıya telefon zəngləri, Brüssel formatı çərçivəsind Azərbaycan və Ermənistan arasında  sülh danışıqlarına dəstək də boş söz, vaxtı uzatmaq cəhdləri imiş. İndi tam açıqdır ki, ermənistan konkret olaraq Paşinyan üzünü rusiyadan çevirib, əlini də Kremlin ətəyindən üzmək ərəfəsindədir. Amma bir problem var ki, ermənilər çətirsiz qala bilmirlər. Indi onlar “böyük bacıya” ümidlidirlər. Böyük Bacı isə köhnə qitənin ən köhnə sakinlərindəndir!

Əlcəzairdə, Kenyada, Ruandada kütləvi qırğınlar, milli azadlıq hərəkatlarını amansızlıqla boğmaq tərübəsinə malik olan Fransada erməni sevgisinin qaynağında məhz anti-türk, böyük mənada isə anti islam meylləri dayanır.  Bu gün fransanın aborigen əhalisi azalır, ölkədə islam böyük sürətlə yayılır, ultra sağçı, miilliyətçi qüvvələr iironiya ilə də olsa yaxında əsl fransızları yalnız muzeydə görməyin mümkün ola biləcəyini deyirlər. Bu siyasətin xüsusilə Makronun hakimiyyəti dövründə sərtləşməsi də təsadüfi deyil. Praqa görüşündə Prezident Ərdoğanın Makrona “ gəl səni də türk birliyinə alaq” deməsi də təsadüf deyil. Siyasətdə ümumiyyətlə təsadüflər olmur, belə görünsə belə.. elə orda, Praqada Avropa ittifaqının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşə sonradan Makronun da özünü “dürtməsi” ilk başda xoş jest kimi qəbul edilə bilərdi. Bakı, əvvəldən demişdi ki, süıhün əldə olunnası naminə vasitəçilikləri alqışlayır. Amma Makronun sonrada özünü “masa sahibi” kimi aparmasını qəbul etmək qəbuledilməzdir. Bəli, Fransa bu gün Makronun simasında uğursuz xarici siyasət aparır. Parisin anqlo-saks ittifaqının toruna düşməsinimi deyək; afrika ölkələrində fransız qht-lərə qarşı kampaniyanın başladığınımı deyək və ya ən sonuncu hadisənin Tunisdə keçirilən frankofoniya samiitində anti-azərbaycan siyasətinin fiaskoya uğradığınımı qeyd edək. Alınmır Müsyo!