• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1364
— 01.12.2022 19:30

Epidemik vəziyyət tam nəzarətdədir

KepezTV Player

1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də məhz qazanılmış immun çatışmazlığı sindromudur. Hər il yüzlərlə insan bu xəstəlikdən vəfat edir. Respublikamızda isə bu xəstəliklə bağlı dövlətin apardığı siyasət və QİÇS-lə mübarizə mərkəzinin fəaliyyəti İİV-ə yoluxmanı nəzarətə almağa imkan yaradıb. Bölgələrdə yaradılan laboratoriyaların bu işdə rolu böyükdür.

Uzun illərdir Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyası qərb bölgəsinin 11 şəhər və rayonun əhalisinə xidmət edir. Burada İİV-ə yoluxmanı müəyyənləşdirmək üçün göndərilən qan nümunələri analizlər edilir. Quraşdırılan müasir avadanlıqlar yoluxmanı müəyyənləşdirmək üçün Bakıya getməyə lizum yaratmır.

Reyhan Tağıyeva  laboratoriyanın işçisi: Bizim laboratoriyaya bütün müəsisələrdən qan daxil olur. Qanları müayinə edirik. QİÇS xəstəliyinə qarşı yoxlayırıq, qeydiyyat aparıq analiz edirik. Nəticəni də özlərinə bildiririk. Bizdə müayinə anaonim gedir və könüllüdür, pulsuzdur. Kim istəsə müraciət edib özünü yoxlada bilər.

Milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insan QİÇS-ə yoluxa bilər. Bundan qorunmaq isə  insanın öz əlindədir. Əgər düzgün həyat tərzi  keçirilərsə bu xəstəliyə yoluxmaq mümkün deyil.

Afaq Əsədova laboratoriyanın müdiri: Yoxlanmamış donor qanı və yaxud da toxumaları köçürəndə, pirsinq tatuaj zamanı dezinfeksiya olunmuyanda, narkotik vastəçiləri isitifadə edən zamanı bir-birlərinə şpirisləri ötürən zamanı yoluxdura bilər. Heç kimin iti alətlərini istifadə etmək lazım deyil. Hər kəsin özünə məxsus olmalıdır. Qorunmamış təsadüfüi cinsi əlaqədan qaçmaq lazımdır. Narkotiklərdən qaçmaq lazımdır.

Bu virisa qarşı hansısa vaksin icad edilmədiyi üçün QİÇS hələ də təhlükəli hesab edilir. Onun üçün də vaxtında müayinə və onun nəticəsi olaraq müalicə vacib olan faktordur.

Afaq Əsədova  laboratoriyanın müdiri: Tibb çox inkişaf edib. Azərbaycanda 2006-cı ildən terapiyaya başlanılıb. Mərkəzdən drəmanlar göndərilir və vaxtlı-vaxtında paylanılır. Dərmanları qəbul edənlərin virus səviyyəsi sıfıra düşür. Onlar ətraf insanlar üçün təhlükəsiz hesab olunurlar. Peraparatlar var hansı ki, xəstələrin ömrünü 30 ilə yaxın uzada bilir.

Qnunvericiliyə görə ölkəmizə gələn miqrantlar müvəqqəti qeydiyyata düşmələri üçün mütləq QİÇS-ə görə analaiz verməlidir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasında bununla bağlı müayinələr aparılır.

Yusifcan Hikmət  Türkiyə vətəndaşı: Azərbaycan Dövlət Aqrar Universtetində 4 ildir ki, əczaçılıq fakültəsində oxuyuram. Buraya hər il miqrasiyada qeydiyyata düşmək üçün gəlirib analiz veririk. Heç bir problem yoxdur. Qorxmağa da əsas yoxdur. Sağlamlıq üçün analiz vermək vacibdir.

Laboratoriyanın nəzdində könüllü müayinə kabineti də fəaliyyət göstərir. Burada müraciət edənlər maarifləndirilir, onlara braşurlar da paylanılır. Ümumilikdə Respublikamızda cari ilin 10 ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 695 təşkil edib. Yoluxanlardan 680-i Azərbaycan vətəndaşı, 15-i isə əcnəbilərdir. Qeydiyyata alınan şəxslərdən 463-ü kişi, 217-si qadındır. Ümumilikdə Azərbaycanda QİÇS-li vətəndaşların sayı 8500 nəfərdir.

Elnur Vahidoğlu