• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 01.12.2022 12:01

Laçının işğaldan azad edilməsinin ildönümüdür

KepezTV Player

Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Rayonun yadelli düşmən tapdağından qurtulmasından iki il ötür. 1992-ci ilin may ayında işğal altına düşən Laçının azad edilməsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.Bununla da 27 il işğal altında olan rayon qəsbkarlardan azad edilib.Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada üçrəngli şanlı bayrağımız ucaldılıb.Laçın rayonu işğaldan azad olunsa da, Azərbaycanın Qarabağ bölgəsində yaşayan Azərbaycan vətəndaşları olan ermənilərin Ermənistana gediş-gəlişi üçün Laçın şəhəri və daha bir neçə yaşayış məntəqəsi dəhliz kimi fəaliyyət göstərib. Laçın dəhlizinə alternativ yolun çəkilməsindən sonra Ali Baş Komandan bu ilin avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Sentyabrın 21-də isə Prezident İlham Əliyev Laçına səfər edib, Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb.