• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 29.11.2022 15:56

Zob xəstəliyi və artmasının səbəbi

KepezTV Player

Haşimoto qalxanabənzər vəzin autoimmun xəstəliklər qrupuna aiddir. Bu xəstəlik ilk dəfə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyi üçün onun şərəfinə adlandırılan, qalxanabənzər vəzin xroniki iltihabi  xəstəliyidir.Başqa adı autoimmun tireoidit olan bu xəstəlik kişilərə nisbətən qadınlar arasında daha geniş yayılmışdır. Xəstəlik qanda anti-TPO və anti-Tq yüksək olması ilə diqqəti çəkir. Bu antitellər qalxanabənzər vəzin hüceyrələrini məhv edir və onun funksiyasını zəiflədir. Beləliklə, tiroid vəzi işləyə bilmir və ifraz etdiyi hormonların səviyyəsi getdikcə azalır. Xəstəlik ən çox 30-50 yaş arası qadınlarda görülür.Haşimotonun qalxanabənzər vəzdə yarada biləcəyi bir başqa problem də düyünlərin əmələ gəlməsidir. Ümumiyyətlə, qalxanabənzər vəzin böyüməsi, xüsusilə başlanğıcda sürətli olur və düyün əmələ gəlməsi onu prosesdə müşayiət edə bilər. Qalxanabənzər vəzin düyünlü və ya düyünsüz böyüməsinə “zob” deyilir. Dünya zənginliklə doludur. Həmin sərvətlərin ən mühümü isə insan sağlamlığıdır. Bu  insanlar və bütün canlılar üçün hava və sudan daha vacibdir. Deyirlər ki, xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən. Bunun üçün hər zaman qabaqlayıcı tədbirlər görməli, sağlamlığımıza önəm verməliyik. Çünki əksər insanlar ən çox da xəstəliyə yoluxub pis vəziyyətə doğru gedəndə həkimlərə müraciət edir. Sağlamlığın qədrini bilmək üçün xəstə olmaq lazım deyil, elə deyilmi?  Buna görə tez-tez müayinələrdən keçməyimiz ən yaxşı variantdır.