• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 28.11.2022 20:15

Ölkənin ikinci böyük şəhərindən nə vaxt “Yolumuz Qarabağadır” deyəcəyik?!

KepezTV Player

Doğma Qarabağ torpaqlarına müntəzəm avtobus marşrutları bu ilin yanvar ayından etibarən istifadəyə verilib. Bakıdan yola düşən avtobuslar bölgələrdə məskunlaşan keçmiş məcburi köçkünlər və azad olunmuş ərazilərə səfər etmək istəyən digər vətəndaşlar üçün əlçatanlığı ürəkaçan deyil. Həmçinin qərb bölgəsində yaşayanlar üçün. Bəs ölkənin ikinci böyük şəhərindən nə vaxtsa “Yolumuz Qarabağadır” deyiləcəkmi?! Əməkdaşımız Aişə Rzayeva bu haqda xəbər verəcək.
Bakıdan və Bərdədən Şuşa, Ağdam və Füzuliyə müntəzəm avtobus marşrutları yerinə yetirilsə də Gəncdən reyslərin olmaması məyusluq yaradır. istək və arzularının nəzərə alınmasını xahiş edənlər Gəncə Beynəlxalq Avtovağzalından qeyd edilən istiqamətlərə xətlərin açılmasının tərəfdarıdırlar. Elə bundan irəli gələrək Avtovağzal rəhbərliyi tərəfindən Nazirlər Kabinetinə müraciət ünvanlanıb.
Kassadan götürdüyüm bu biletin işğaldan azad olunan bölgələrə səfər üçün olmasını elə mən daxil əksəriyyət arzu edir.Gəncədə və qərb bölgəsində yaşayanlar üçün belə şansın yaradılması Şuşa, Ağdam və Fizulini daha çox vətəndaşın getməsinə imkan yaradar.
İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi, sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla digər istiqamətlərdən də mərhələli şəkildə reyslər təmin ediləcək. Mövzu ilə əlaqədar AYNA-nın mətbuat katibi Tural Orucovun da fikrini öyrəndik. Onun sözlərinə görə, marşurutların açılması təlabatla yanaşı, mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir. O ki qaldı Gəncədən təşkil olunacaq reyslərə.
Madam ki, doğma torpaqlarımızın işğaldan azad olunması üçün 30 ilə yaxın bir vaxtda səbr etdik, həmin yerlərə ayaq basmaq üçün də qısa bir zaman kəsiyi üçün səbr edərik. Əsas və doğru olan budur ki, QARABAĞ AZƏRBAYCANDIR !!!