• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 28.11.2022 11:40

Dialekt və şivələr

KepezTV Player

Dünyada 7100-dən çox dil mövcuddur. Amma danışıq dilinin zənginliyi bununla da bitmir. Bu dillərdən istifadə edən xalqlar arasında da müəyyən şivə və dialektlər olduğu üçün deyə bilərik ki, insanın əsas ünsiyyət vasitəsi olan nitq kifayət qədər çox növü və müxtəlifliyi özündə etiva edir. Bir kütlə tərəfindən tam anlaşılmaq bəzən heç də asan olmur. İstər eyni dili paylaşdığın insanlarla, istər xarici bir dilin mənsubları ilə.

Ana dilimiz Azərbaycan dili də özlüyündə dialekt və şivələrə bölünür. Bu təsnif, əsasən coğrafi əlamətlərə görə aparılır: 1) şərq qrupu dialekt və 2) qərb qrupu dialekt və şivələri  3) şimal qrupu dialekt və şivələri  4) cənub qrupu dialekt və şivələri.

Bu dialekt və şivələr həm Azərbaycan ədəbi dilindən, həm də bir-birilərindən müəyyən əlamətlərə görə seçilir.

Xarici ölkəyə gedən və ordakı insanların dilini öyrənməyə çalışanlar üçün də bu dil və üslubuyla uzlaşmaq müəyyən vaxt tələb edir. İlk zamanlar qrammatik qaydalarda olduğu qədər tələffüz normalarına əməl etməkdə də çətinliklər yaşanır. Dilə və xüsusilə də, aksentə alışmaq və düzgün danışmaq üçün çoxlu praktika və məşqlər etmək lazım gəlir. Elə müsahibimiz də xarici bir ölkədə dilə necə uyğunlaşmaq prosesindən, təcrübələrindən və uğurlu olmağın yollarından danışır.