• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2389
— 28.11.2022 12:20

Gəncədə kolbasa məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

KepezTV Player

Gəncədə kolbasa məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Yevlax şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Mobil Kamil oğluna məxsus müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğunu aşkar ediblər. Müəssisədə istehsal üçün uyğun şəraitin olmadığı, istehsal sahəsinin təmirsiz vəziyyətdə saxlandığı, bütün xammal və inqrediyentlərin çirklənmədən mühafizə edilmədiyi, qablaşdırmada istifadə olunan materialların uyğunluq sertifikatlarının mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin “Elit” əmtəə nişanlı kolbasa məmulatlarının etiketlərində məhsulun tərkibi ilə bağlı təhrif olunmuş, həqiqətə uyğun olmayan məlumatlar müəyyən edilib. Aşkar olunmuş faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsulların satışa çıxarılmasının qarşısı alınıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.