• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 28.11.2022 09:57

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

KepezTV Player

Noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 1:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçərin Aşağı Şorca və Qaraiman, Tovuzqalanın Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcərin Yellicə, Daşkəsənin Astaf və Tovuzun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, noyabrın 27-si saat 19:35-dən noyabrın 28-i saat 8:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.