• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 26.11.2022 15:12

Yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

KepezTV Player
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edib. Mövcud vəziyyət onu göstərib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində işlərin dayandırılması barədə Qərar qəbul olunub.