• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 25.11.2022 20:01

Göyçəli ailə qayıdış arzusundadı

KepezTV Player

Göyçə mahalı Azərbaycanın tarixi ərazisidir və həmin yerlərdən ayrı düşərək ölkəmizin müxtəlif regionlarına pənah gətirən kifayət qədər qaçqın var. Belə ailələrin böyük bir qismi deportasiya olunduqdan sonra Gəncədə məskunlaşıblar. Nizami yurdunu özlərinə doğma hesab etsələr də Quliyevlər ailəsi əzəli ata-baba yurdlarına dönmək istəyi ilə alışıb-yanırlar. Onlar həyatda ən böyük arzusu Göyçəyə qayıtmaqdır.

Digər həmvətənlərimiz kimi Quliyevlər ailəsi də 1988-ci ildə Qərbi Azərbaycandan deportasiyaya məruz qalıblar. Niftalı Quliyev Basarkeçər rayonun Nərimanlı kəndində, onun ömür-gün yoldaşı Amaliya xanım isə Zod kəndində anadan olublar. Uzun illərdi vətən həsrəti çəkən və ömürlərinin mühüm hissəsini keçirdikləri Göyçə haqda söz açarkən ziyalı ailənin ürəyindəki nisgil, yurd arzusu açıq şəkildə sezilir.

Göyçə, eləcə də Qərbi Azərbaycanı əhatə edən digər ərazilərdə hər zaman türklərin yaşadığını söyləyən ailə həmin torpaqların yenidən türk yurduna çevriləcəyinə inanırlar. Ən çox arzuladıqları isə odur ki, yaxın gələcəkdə doğma el-obalarına qovuşaraq orada Göyçə Azərbaycandır ifadəsini səsləndirsinlər.