• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 25.11.2022 19:34

Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub

KepezTV Player

Bu gün saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Müdafiə Nazirliyindən bölmələrimiz tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü də açıqlanıb.