• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 25.11.2022 12:07

"Azərbaycanda mövcud olan sabitlik iqtisadi inkişafımızın əsas amillərindəndir"

KepezTV Player

Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq. Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik. Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib. "Azərbaycanda uzun illərdir mövcud olan sabitlik iqtisadi inkişafın əsas amillərindəndir. Azərbaycanın əlverişli coğrafi mövqedə, Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir.", - deyən dövlət başçısı ölkəmizdən keçən tranzit yüklərin həcminin artdığını müşahidə edərək Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan seqmentinin genişləndirilməsinə investisiya yatırımına başlandığını da vurğulayıb. Prezident karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutların Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcəyini də deyib. Azərbaycanın Türkmənistan ilə təbii qazla bağlı svop əməliyyatlarına başladığını nəzərə çatdıran İlham Əliyev beynəlxalq konfransın önəminə də toxunub, tədbirin regionun reallıqlarını, Azərbaycanın planlarını və qonşu dövlətlərlə ünsiyyəti daha yaxşı anlamağa imkan verəcəyini diqqətə çatdırıb.