• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2103
— 25.11.2022 09:58

Kəlbəcərin işğaldan azad edilməsinin növbəti ildönümüdür

KepezTV Player

Bu gün Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür. Rayonun azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidentinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzadıb. Bununla da 27 il işğal altında olan Kəlbəcər noyabrın 25-də qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada üçrəngli şanlı bayrağımız ucaldılıb.