• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1999
— 24.11.2022 22:02

Avtomobillərin ehtiyyat hissələrinin qiyməti durmadan qalxır

KepezTV Player

Mağazalarda sürücü nəqliyyat vastəsinə lazım olan ehtiyyat hissələrinə rast gəlsədə bunu almaqda çətinlik çəkir. Çünki qiymətlər günbəgün qalxaraq əl yandırır. Ən çox qiymət artımı isə Rusiya istehsalı olan maşınların ehtiyyat hissələrində müşahidə edilir.

Hümbət Azadkişiyev  satıcı: Qapaq stupsiyanın paçennikini 6-7 manata satırdıq. İndi 12-14 manat olub. Şaravoyları satırdıq 6 manata indi satırıq 8 manata. Razvalniləri satırdıq 12 manata indi 18-20 manat qiymətlər dəyişib. Qabaq alıcılıq həddən çox idi, indi ancaq hamı işlənmiş mala üstünlük verir.

Sahib Ellazov  satıcı: Biz satdığımız Rus avtomobil ehtiyyat hissələridir. Onlarda da qiymət artımı var. Hardasa 25-30 faiz qalxıbdır. Adi lampadan tutmuş dəmirə kimi hamısında artım var. Qabaq elədiyimiz aylıq alverin heç üç ayını belə görə bilmirik. O da camaatın maddi cəhətlə bağlı olaraq zəifləyibdir.

Vüsal Mehdiyev  satıcı: Ümumiyyətcə vaz avtomobil ehtiyyat hissələri çox qalıxıbdır. Qalxa-qalxa da gedir. Gələn eləcə qiymət artımından danışır. Əvvəllər satırdıq 70-80 faiz indi satırıq 40-50 faiz sata bilmirik.

Arzu Şərifov  sürücü: Ehtiyyat hissələrinin qiyməti demək olar ki, 2-3 dəfə qalxıb. Əvvəlcə 5 manata aldığımız ehtiyyat hisslərini indi alırıq 12 manata.

Hikmət Şərəfxanov  sürücü: Çox qalxıbdır. Maşının mühərriki xarab olubdu. Ehtiyyat hissələri mühərrikdən baha başa gəlir.

Avtomobilin ehtiyyat hissələri ilə yanaşı mühərrik yağlarının qiymətində də artım var. Belə ki, alıcılar 25-30 manat təklif edilən mühərrik yağlarının qiyməti qalxaraq 45-50 manat olub.

Qiymət artımını yaradan təbii amillər var. Hansı ki alıcılıq qabiliyyətinə təsirsiz ötüşmür.

Ruslan Paşayev nəqliyyat üzrə hüquqşünas: Qeyd edilmiş qiymət artımı əsasən xarici istehsalçılar tərəfindən həyata keçirilir. Təbii ki, avtomobil ehtiyyat hissələrinin artımının bir sıra səbəbləri vardı. Əsas səbəblərdən uzun sürən pandemiyya dövrünü qeyd etmək olar. Bununla yanaşı ölkələr arası müharibə şəraitini qeyd etmək olar. Ölkələr arasında olan iqtisadi soyuqluq eləcədə sanksiyaları qeyd etmək olar.

Məsim Abadov müstəqil ekspert: Kamaz, Maz markalı maşınlar Gəncə Avtomobil Zavodu istehsal edir. Bu istehsalı artırmaq lazımdır. Bakı avtomobil zavodu Bakas avtomobilləri istehsal edirdi. Pinqivin soyuducu maşınları buraxırdı. Bu da xaricdən gələn ixracı azaldırdı. Ancaq yerli istehsalı artırmaq lazımdır.

Bundan başqa mağazalarda xarici istehsal olan avtomobillərin ehtiyyat hissələrinin qiymətində isə artım nisbətən müşahidə edilir. Bu da təlabatın az olması eləcə də həmin avtomobillərinin nisbətən illərinin təzə olması ilə əlaqələndirilir.

Elnur Vahidoğlu