• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1753
— 24.11.2022 21:41

Vətən eşqi ilə yaşayan Qərbi azərbaycanlılar

KepezTV Player

Vətən müharibəsində 30 illik həsrətə son qoyaraq Qarabağa qovuşduq. Ancaq hələ də ata-baba yurdlarının arzusu ilə yaşayan azərbaycanlılar az deyil. Söhbət tarixi torpaqlarımız sayılan Zəngəzurdan müxtəlif vaxtlarda deportasiya edilən soydaşlarımızdan gedir. Qonağı olduğumuz Fətəliyevlər ailəsi də vətən arzusu, yurd həsrəti yaşayırlar.

Zəngəzur mahalının Qarakilsə kəndindən olan ziyalı ailə 34 il əvvəl doğma torpaqlarından didərgin düşüblər. Ailənin başçısı Kamil Fətəliyev adıçəkilən rayonun Şəki, xanımı Gülsüm Fətəliyeva isə Urud kəndindəndir. Gəncədə yaşasalar da 1988-ci ildə azərbaycanlıların kütləvi şəkildə deportasiyasından sonra uşaqlıq və gənclik çağlarını keçirdikləri yurdlarından ayrı qalıblar. Söhbət əsnasında doğulub boya-başa çatdıqları torpaqlarından həsrətlə bəhs edərkən Kamil bəy və Gülsüm xanım sanki həmin yerlərdəymiş kimi böyük həyəcan keçirirdilər. Yaşadıqları yerlərdən ağızdolusu danışan ailə yaxın zamanda arzusunda olduqları dədə-baba torpaqlarına qayıdacaqlarına inanırlar.

Qarabağda olduğu kimi Zəngəzurda da ermənilərin azərbaycanlıların başına minbir oyun açdıqlarını söyləyən Fətəliyevlər ailəsi böyüklərindən eşitdikləri vəhşilikləri ürək yanğısı ilə bölüşüblər.

3 övladı olan ailənin ən kiçik üzvü Kənan Fətəliyevdir. 9 yaşınadək yay tətillərində nənə-babasının yaşadığı kəndə gedən Kənan uşaqlıq xatirələrindən danışıb.

Bütün qərbi azərbaycanlılar kimi Fətəliyevlər ailəsi də Qarabağ azad olunduqdan sonra Ali Baş Komandanın köçkünlərə siz artıq köçkün deyilsiz ifadəsi kimi bir gün onlara siz qaçqın deyilsiz söylənməsi arzusu ilə yaşayırlar. Eləcə də soydaşlarımız tarixi torpaqlarımıza qayıdacaqları günü səbirsizliklə gözləyirlər.