• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 24.11.2022 11:48

Prezident İlham Əliyevin Baş nazir ilə geniş tərkibdə görüşü olub

KepezTV Player

Serbiyaya rəsmi səfəri çərçivəsində Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub. "Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var. Ölkəniz bizim əsl dostumuzdur.", - deyə Ana Brnabiç deyib. Baş nazir ölkələr arasında siyasi və iqtisadi əlaqələrinin inkişaf etdiyini qeyd edib. Azərbaycan Prezidenti vurğulayıb ki, ölkələr strateji tərəfdaşlardır və Serbiya Avropada ən yaxşı dostlarımızdan biridir.

İlham Əliyev Azərbaycan Prezidenti: Təbii ki, qlobal gündəlikdə mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir və biz cənab Prezidentlə bu məsələni müzakirə etdik. İndi isə işimizi davam etdiririk. Eyni zamanda, düşünürəm ki, biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq. Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Fikrimcə, bu sahədə əməkdaşlığın əhatə dairəsi daha geniş olmalıdır. Həmçinin mən ikitərəfli ticarətə aid bəzi məlumatlara baxdım. Rəqəmlər çox kiçikdir. Bu il dövriyyə artımına baxmayaraq, yenə də hesab edirəm ki, bunun üzərində işləmək imkanları var. Əlbəttə, bütün bu və digər məsələlər nəzərdən keçiriləcək. Ümid edirik ki, səfərdən sonra əməkdaşlığımızda yeni dinamikanı görəcəyik.