• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 23.11.2022 20:29

Heyvanları bəsləyirik, amma həkim nəzarəti də vacibdir

KepezTV Player

Hələ qədim zamanlardan evdə heyvan saxlamaq insanlar arasında geniş yayılıb. Heyvan saxlamağın bir çox səbəbləri olub. Kimi it saxlayıb ki, ətrafdakı təhlükələrdən özünü qorusun, kimi isə başqa heyvanları bəsləyib ki, ətindən, südündən yararlansın. Müasir dövrdə heyvan saxlamağın başqa səbəbləri də var. Psixoloqlara görə, ev heyvanları insanların əsəblərini sakitləşdirir. İnsana ən çox müsbət enerji verən heyvan isə balıqlar və quşlar sayılır. Saxlanan heyvanların vaxtı vaxtında həkim müayinəsindən keçirməyə isə xüsusi önəm verilməlidir.

Bir çox insanlar evdə xüsusi seçilmiş heyvanları saxlamağı özləri üçün hobbi hesab edirlər. Elə insanlar da var ki, bunun tamamilə əksini düşünürlər. Düzdür, heyvanları sevsələr belə, onlarda ya həmin canlıya qarşı allergiya, ya da müəyyən fobiya olur. Bəziləri hesab edir ki, ev heyvanları olmadan yaşaya bilməzlər.

Nazı Əliyeva ADAU-nun əczaçılıq fakültəsinin tələbəsi: 1 pişiyim var. Dişidir. Artıq 3 ildir mənimldir. 1 dəfə ana olmaq haqqı vermişəm. Sonra qısırlaşdırmışam. Araşdırdım və belə olanda daha çox yaşayır ona görə elədim. Mütəmadı müayinələrə aparıram. Peyvəndlərini, qurd dərmanlarını verirəm.

Ev heyvanı saxlayanlar onların təmizliyinə xüsusən peyvəndlərinə, dərmanlarına diqqət eləməlidirlər. Əks halda xoşagəlməz hallarla rastlaşa bilərlər.

Lamiyə Həsənli baytar həkim: Deyərdim ki, əvvəlki illərə baxanda indi daha çoxdur heyvanlara baxanlar. Əgər evdə baxılırsa mütləqdir ki, profilaktik tədbirlər görülsün. Qurd dərmanı verilsin. Peyvənləri olunsun.

Heyvanlarda bizim kimi xəstələnə bilir, hətta bəzən onlara da cərrahi müdaxilə vacib olur.

Vladislav Nisanov baytar həkim: İnsanlarda hansı hallarda olursa heyvanlarda da elə olur. Qeysəriyyə əməliyyatı edirik, tramda alanda müdaxilə olur. Narkozda veririk lazım gələndə yerli keyitmə də edirik. Bura klinikadır. Xırda heyvanlar bura gəlir. Atdır və başqa iri buynuzlu və ya xırda buynuzlu heyvanlara çıxışda edirik.

Zoo mağazalarda satılan heyvanlar da mütəmadi olaraq həkim müayinəsindən keçirilir. Canlılar satılmazdan əvvəl iynələri, peyvəndləri vurulur, dərmanları verilir hazır vəziyyətdə müştəriyə təqdim olunur. Hər hansısa bir xəstəliyi olan heyvan, satışdan çıxarılır və müalicəsi aparılır.

Ramilə Əliyeva satıcı: Hanısa narahatlıq hiss elədiyimiz təqdirdə onları baytara aparırıq.Yoxlanışdan keçirdirik. Sağlamlığından əmin olduğumuz halda onu satışa çıxarırıq. Müştəriyə satanda da aparıb onu yoxladırıq. Baytarda müayinə elətdiriri, hər hansısa problemi çıxsa satmırıq. Mütəriyə satanda əgər peyvəndinin vaxtıdısa biz onun peyvəndini vurdururuq. Kağızda alırıq əgər ayın 23-ü vurulubsa birdə ayın 30-u vurulacaq.

Canlılardan olan heyvanlar da qayğıya, bəslənməyə ehtiyac duyur, qovmaq yerinə onlara sahiblənmək daha faydalı olar.

Nərgiz Əhmədqızı