• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1094
— 23.11.2022 20:38

Göz xərçəngini yaradan səbəblər və profilaktikası

KepezTV Player

Orqanizmimizin dünyaya açılan pəncərəsi olan gözlərimiz bir çox xəstəliyin xəbərçisidir. Günümüzün xəstəliyi olan xərçəng bu xəstəliklərin başında dayanır. Ümumi göz və göz dibinin müayinəsində xərçəng riski olub olmadığını asanlıqla aşkarlamaq mümkündür. Qəlbimizin aynasının sağlamlığını qorumaq isə olduqca vacibdir.

Göz xərçəngi göz və göz çuxurunda əmələ gələn müxtəlif növ xərçənglərin ümumi adıdır. Ən çox 50-75 yaş arası insanlarda daha çox  rast gəlinən bu xəstəlik gözün üstündə, göz çuxurunda və göz almasında əmələ gələ bilir.

Həkimlər deyir ki, bu xəstəliyin əmələ gəlməsində rolu olan bir neçə faktor var. Burada genetik, radioliji təsir, günəş şüalarının birbaşa təsiri, kimyəvi təsir, bəzi hallada isə yaş faktoru və metoztaz gözdə xərçəngə səbəb ola bilər. Xəstəlik zamanı- şiş toxuması göz dibindən başlayaraq gözün mərkəzinə doğru inkişaf etməyə başlayır. Bu da bəzən gözdə sarı rəngli ləkə kimi görünə bilər.

Anıl Resmi  oftalmoloq: Bazen hiç bir belirti vermediyi kimi bazende ciddi manada belirtiler vere bilir. Mesala gözde kızarıklık ola bilir. Propotozis dediyimiz göz almasının öne doğru çıkması ola bilir. Göz kapaklarındakı şişkinlik, ödem, kızarıklık , gözün ağ qişasında kızarıklık ola bilir. Bir başka neden iyi görememe ola bilir. Amma özellikle uşaklarda yeni doğanlarda ratinablasyon dediyimiz hastalıkk olan mutlaka erken yaşlarda müayina edilmeli. Valideynler özellikle uşaklarının göz bebeklerinde beyaz bir leke gördükleri zaman mutlaka erken zamnada hekime göstermekde fayda var.

Xəstəliyin müalicəsi cərrahi yolla aparılır. Xəstəyə radioterapiya və kimyaterapiyası tərbiq olunur.  Göz xərçəngindən qorunmaq üçün diqqət edilməli məqamlar isə..

Anıl Resmi  oftalmoloq: Radyasyon altında çalışanlar bu konuda önlem alınmalı, kimyevi alanlarda işlerde çalışanlar bunun korunmasını almalı, gün altında mutlaka güneş şüalarına karşı bazı deri kanserleri, göz çevresindeki kanserler gün şüalarından ola bilir. Bunlarda korunmaları gerekiyor.

Göz xərçəngi diaqnozu vaxtında qoyulduqda təsirli nəticə əldə etmək olur. Bu istiqamətdə ənənəvi göz müayinələri edilir. Əgər şübhə doğuran məqam varsa diqqətə alınır. Ağciyər xərçəngindən süd vəzisi xərçənginə qədər bir çox xərçəng növü gözün müayinəsi zamanı aşkar edilir. Bu zaman erkən diaqnoz qoymaq da mümkün olur.