• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1166
— 23.11.2022 20:36

Fövqəladə hallara hazırlıq yoxlanılıb

KepezTV Player

Şəmkirdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsirli zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması kimi tədbirləri reallaşdırıb Eləcə də partlayış baş verən obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması halları üzrə bacarıqlar nümayiş etdirilib. Epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi hərəkətləri yerinə yetirilib.