• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2229
— 23.11.2022 11:57

Elon Musk məşhur hackeri Twitter-ə işə qəbul edib

Elon Musk Twitter-də çoxlu sayda işçini işdən azad edərək artıq yetəri qədər səs-küyə səbəb olub. İndi isə o, yeni qərarı ilə diqqət çəkib. Belə ki, o, öz iPhone jailbreak-ləri və vaxtı ikən Playstation 3-ün hack edilməsi vasitəsilə məşhurluq qazanmış hacker George Hotz-u Twitter-in komandasına işə qəbul edib. Qeyd etmək lazımdır ki, George Hotz internetdə Geohot ləqəbi ilə tanınır. Maraqlısı ondadır ki, Hotz minimal əməkhaqqı qarşılığında Twitter-də çalışmaq təklifini özü edib. Bu məsələ Hotz-un Twitter-dəki paylaşımından start götürüb.

Öz paylaşımında Hotz Twitter işçilərini işdən ayrılmağa çağırıb. Onun paylaşımı Musk-ın rəhbərliyi altnda yeni növ Twitter-in yaradılmasında iştirak etmək istəməyən işçiləri əhatə edib. Daha sonra o daha bir paylaşım edib və həmin paylaşımda sosial şəbəkənin tərtibatçılardan ibarət komandasında 12 həftəlik ştaj müddətindən keçməyə hazır olduğunu bildirib. Ödəniş qismində məşhur hacker sadəcə olaraq yaşayış yerini ödəməyə kifayət edəcək qədər maaş istəyib. Bu paylaşımı görən Musk rəylər bölməsində Hotz-a bu məsələni detallı şəkildə müzakirə etmək təklifini edib.

    3 gündən sonra Hotz qeyd edib ki, onu həqiqətən də Twitter-ə işə qəbul ediblər. Onun sözlərinə əsasən o, 12 həftə ərzində sosial şəbəkənin axtarış sistemini normal vəziyyətə gətirməlidir. O həmçinin bildirib ki, qeydiyyatdan keçməmiş halda digərlərinin paylaşımlarını oxumaq istəyən zaman ortaya çıxan pəncərənin Twitter interfeysindən çıxarılmasına çalışacaq. Qeyd etmək lazımdır ki, Musk və Hotz hələ 2015-ci ildə tanış olublar. Həmin vaxtda Musk ona Tesla-da çalışmaq təklifini etmişdi. Lakin Hotz bu təklifdən imtina etmişdi. Onun Twitter-də hansı nailiyyətləri əldə edəcəyini isə zaman göstərəcək.