• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 23.11.2022 11:57

Zəlzələ zamanı xəsarət alanların sayı 50-yə çatıb

KepezTV Player

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.Hadisə nəticəsində xəsarət alanların sayı 50-yə çatıb. Yeraltı təkanlarda ölən olmadığını açıqlanıb.Bəzi ərazilərdə qismən dağıntılar var.Zəlzələ ilə əlaqədar Sakarya, Bolu və Düzcədə bu gün məktəblərdə dərs olmayacaq.