• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 22.11.2022 19:00

Xurma qurusuna tələbat varmı?

KepezTV Player

Payız mövsümünün ən faydalı meyvələrdən biri də xurma və ya xirnikdir. “Tanrıların meyvəsi” adlanan bu məhsul “cənnət xurması” kimi də tanınır. Xurmadan hazırlanan qaysının isə bir başqa tamı olur.

Əsl adı Xirnik olan bəzi bölgələrdə isə Xurma adlanan bu meyvənin faydalarını hamıız bilirik. Azərbaycan bazarları ilə yanaşı xarici bazarlarda da bu meyvəyə tələbat çoxdur. Bəs maraqlıdır bitkinin qurusuna maraq hansı səviyyədədir?

Hər 100 qram qurudulmuş xurmanın tərkibində 75 qram karbohidrat,  2,5 qram zülal var. Həmçinin A vitamini, kalsium, dəmirlə zəngin olan qurudulmuş xurmanın kalorisi o qədər də çox deyil, cəmi 275-ə bərabərdir.

Qurudulmuş xurmanın faydalı xüsusiyyətləri meyvənin hansı temperaturda hazırlanmasından birbaşa asılıdır. Məsələn, 100 dərəcədə C vitamini məhv olur, bu səbəbdən də temperatur çox qaldırılmamalıdır. Həmçinin qurudulmuş xirnik şəkər əvəzedicisi sayılır.

Xirnikdən həmçinin doşab da hazırlanır və süfrələrin bəzəyi olur.

Nəzgiz Əhmədqızı