• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 22.11.2022 19:36

Əmək yarmarkasında məşğulluq təmin edilib

KepezTV Player

Gəncə Daşkəsən Regional Məşğulluq İdarəsi üzrə bu il ərzində 4 min nəfərə yaxın işaxtaran müxtəlif sahələr üzrə işlə təmin edilib. Onlardan bir qisminin idarə tərəfindən keçirilən əmək yarmarkalarında məşğulluğu təmin edilib. Növbəti belə yarmarka bu gün Gəncədə təşkil edilib.

Əsasən əmək yarmarkasında qazanxana üzrə operator, fəhlə, mütəxəsis, sazlayıcı, elektrik, qablayıcı sahələri üzrə ümumilikdə 50-dən artıq vakansiya təklif edilib. İşaxtaran vakansiya təklif edən şəxslə məsləhətləşmədən sonra qoyulan tələbləri ödədiyi halda işə göndəriş alıb.

Bundan başqa əmək yarmarkasında məşğulluq idarəsi üzrə 70-ə yaxın idarə müəsisənin 320 vakansiyası da işaxtaranlara təklif edilib. Burada xidmət, özəl klinikalar, mağazalar üstünlük təşkil edib. Aylıq əmək haqqı isə 300-850 manat arasında olub. Əmək yarmarkasında müəyyən peşələr üzrə ixtisasartırma kurslarına qeydiyyat da aparılıb.

Gəncədə 10 min nəfərdən artıq işsiz qeiyidiyyatdadır.  

Elnur Vahidoğlu