• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 22.11.2022 19:02

Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb

KepezTV Player

Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Şükür Salman oğluna məxsus “Turan” şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinin pozulduğu və heyvan mənşəli məhsulların baytarlıq ekspertizası aparılmadan istifadə edildiyi müəyyən olunub. Aşkar olunmuş qanun pozuntularına əsasən, sahibkar inzibati məsuliyyətə cəlb olunub.

Agentliyin əməkdaşları tərəfindən Qazax rayonunun Aslanbəyli kəndində fəaliyyət göstərən, Əminə Şamil qızı Şəmmədovaya məxsus çörək istehsalı müəssisəsində də plandankənar yoxlama aparılıb. Müəssisədə sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi ilə bağlı texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisənin ümumi sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, çörək istehsalı zamanı müvafiq şəraitin yaradılmadığı müəyyən olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibi barəsində inzibati qaydada protokol tərtib olunub.