• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1551
— 22.11.2022 16:24

"Kəpəz" kubok oyununun hazırlığını tamamlayıb

KepezTV Player

Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq oyunları ilə əlaqədar yaranan fasilənin ardından ölkə kubokunun 1/8 final mərhələsinin görüşləri keçirilir. 4 dəfə kuboka sahib çıxan “Kəpəz” bu mərhələdə doğma meydanda Sumqayıtla üz-üzə gələcək. Komandanın oyunöncəsi son hazırlığı qarşılmanın keçiriləcəyi Gəncə şəhər stadionunun əsas meydanında baş tutub. Sarı-göylər məşqdə əsasən toplu çalışmalara üstünlük veriblər. Baş məşqçi Tərlan Əhmədov 1 saatdan artıq davam edən hazırlıqda oyunçuları çox yükləməyib. Standart vəziyyətlər üzərində işləyən futbolçular ikitərəfli oyunla məşqi başa vurublar. Kəpəzin həm kubok, həm də çempionatda çıxış etməsi onsuzda heyət baxımından kasad olan komandada bir sıra çətinliklərə səbəb olur. Buna baxmayaraq hər iki cəbhədə dağlıların yaxşı nəticələr əldə etməsi üçün oyunçular əllərindən gələni etməyə çalışırlar.