• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 21.11.2022 20:04

Musiqiçilər dahi bəstəkarın yubleyini qeyd edib

KepezTV Player

Gəncə Dövlət Universtetinin nəzdində olan Regional kollecdə dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubleyi qeyd edilib. Fikrət Əmirovun mənalı ömür yolu və zəngin yaradıcılığı, eləcə də geniş çeşidli əsərləri haqqında danışılaraq, bəstəkarın olduqca rəngarəng yaradıcılığa sahib olduğu vurğulanıb. O, musiqi mədəniyyəti tarixinə novator bəstəkar, yeni musiqi janrlarının yaradıcısı kimi daxil olub. Şifahi ənənənin əvəzsiz peşəkar musiqi nümunələrinə olan hədsiz heyranlığı onu simfonik muğamlar yaratmağa vadar edib. Tədbirdə tələbələr dahi bəstəkarın əsərlərindən mahnılar səsləndiriblər. Ardından kollecin bir qrup müəllim və tələbələrinə fəxri fərmanlar təqdim edilib.

Vüsalə Kəngərli Regional kollecin şöbə müdiri: Müəllimlərdən ibarət kollektivimiz çalışırq ki, tələbələrimizə Fikrət Əmirov musiqisini yüksək səviyyədə geniş səviyyədə aşılayaq. Fikrət Əmirov yaradıcılığı geniş və çox şaxəlidir. O musiqinin bir çox janrlarına müraciət etmişdi. Onun ən məşhşur olan Sevil operası, Kapriçço,"Şur" simfonik - muğamları bir çox əsərlər muğamlar Azərbaycan mədəniyyəti üçün ən böyük töhfələrdəndir.