• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 21.11.2022 20:02

Tibb işçiləri təkmilləşdirmə kursuna cəlb edilib

KepezTV Player

Gəncədə orta ixtisaslı tibb işçiləri və əczaçıların təkmilləşdirmə kursuna başlanılıb. Qərb bölgəsinin 9 şəhər və rayondan 100-ə yaxın dinləyici pediatiriya, cərrahiyə və terapiya dərsləri alır. İştirakçılara  müasir müayinə metodları, müalicə və proflaktika, yeni dərmanlar barədə məlumatlar verilir. Təkmilləşdirmə kursu 18 gün davam edəcək və tibb işçiləri Səhiyyə Nazirliyinin sertifkasiya komissiyasında imtahan verdikdən sonra çalışdıqları tibb müəsisəsisələrində işləyə bilər. İmtahan verə bilməyənlər üçün isə yenidən şans verilir və onlar təkrar kurslara cəlb edilir.

Rüstəm Kərimov  həkim-müəllim:Cərrahiyyə fənnini tədris edirəm. Burada cərrahiyyəyə aid yeni üsullar əməliyyatlar keçirəm. Orada olan alətlərin yoxlanması tibb bacısının əməliyyatda rolu və iştirakı onun iş prinsipləri öyrədilir.

Gülarə Məmmədova  laborant: Nə lazım olur biz kurs iştirakçılarını lazımı avadanlıqlarla təmin edirik. Onlar əyani dərs üzərində dərsi müəkəmməl öyrənirlər.

İsax Şəbəndiyev  iştirakçı: Ürək xəstəliklərində bəziləri var ki, onları müəllimlər öyrədir. Peyvəndlə bağlı uşaq neçə yaşda olanda vurulması izah edilir.

Gözəl Musatafayeva iştirakçı:Öyrəndiklərimizi inşallah işimizdə xalqa qulluqda xidmətlə edəcəyik. Öyrənməklə xalqın keşiyində durmaqda davam edəcəyik.