• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 21.11.2022 19:58

Yol qəzaları ölü və xəsarət sayını da artırır

KepezTV Player

Açıqlanan statistika ölkədə ölümlə nəticələnən qəzaların ürəkaçan olmayan tendensiya nümayiş etdirdiyini göstərir. Yol-nəqliyyat hadisələrinin sayı artmaqla həyatını itirən, xəsarət alaanların da rəqəmlərinin artmasını göstərir. Səbəblər müxtəlif olasa da nəticə qanqaraldıcı, təəssüf doğurandır. Elə yenicə sükan arxasına keçən əməkdaşmız Nərgiz Əhmədqızı mövzu ilə bağlı sujetdə yol-hərəkət iştirakçılarından münasibət öyrənib, izləyək.

Həftsonu yol nəqliyyat hadisələrində 5 nəfər həyatını itirib. Bəs günah sürücüdədir yoxsa piyadada? Daxili İşlər Nazirliyinin əməkdaşları qəzaların sayını minimuma endirmək üçün hansı tədbirləri görür?

Eşqin Qasımov DİN-in əməkdaşı: Qəzaları minimuma endirmək üçün Azərbaycanın şəhər və rayonlarında Dövlət Yol Polisinin əməkdaşları monitorinq və profilaktik tədbirlər aparır. Bu tədbirlərdə radarlardan və xüsusi cihazlardan istifadə olunur. Araşdırma apardıqda isə həm sürücülər, həm də piyadalarda günah var.

Sürücülərin avtomobildə müəyyən dəyişikliklər etməsi, yüksək sürət və ən əsası spirtli içkidən istifadə edərək sükan arxasında əyləşmək, eyni zamanda, piyadaların yolkeçmə qaydalarına düzgün əməl etməməsi sonda xoşagəlməz hallara yol açır.

Eşqin Qasımov DİN-in əməkdaşı:  Sürücülər sürət həddini aşmaqla, manevr qaydalarını pozmaqla, avtomobillərində konstruksiya dəyişikliyi etməklə, ki, bu dəyişikliklər həm sükan mexanizm dəyişikliyinin həm də, əyləc məsafəsinin çoxalmasına gətirib çıxarır. Piyadalar isə öz növbəsində təyin olunmayan yerdə qarşıdan qarşıya keçməsi, yolun hərəkət istiqamətində hərəkət etməsi, sutkanın qaranlıq vaxtlarında, xüsusən yağışlı havada tünd geyimdən istifadə etməsi, əslində onlar işıq qaytarıcı hər hansısa bir rəngdən istifadə etsələr daha yaxşı olar. Sürücülər onları daha rahat və tez görər.

Sükan arxasına əyləşəndə ilk öncə özümüzü, sonra sevdiklərimizi, sonra isə heç tanımadığımız insanların həyatını gözümüzün önünə gətirməliyik. Təyinat nöqtəsinə bir qədər gec çata bilərik, əsas odur ki, sağlam çataq. Çünki, heç nə sağlam yaşamaqdan daha gözəl deyil.

Nərgiz Əhmədqızı