• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2112
— 20.11.2022 20:10

Ağ və qara çörək - seçim alıcınındır

KepezTV Player

Əvvəlki illərlə müqayisədə indi mağazaya daxil olanda istədiyimiz növdə, formada və ölçüdə çörəklərə rast gəlirik. Müxtəlif tərkibdə və rənglərdə olan məhsulların hərəsinin öz alıcısı var. Əməkdaşımız Nərgiz Əhmədqızı hansının daha faydalı olmasını araşdırıb. İzləyək.

Ağ undan hazırlanan çörəyin faydaları olduğu kimi, insan orqanizminə müəyyən zərərləri də var. Mütəxəssisin sözlərinə görə şəkər xəstəliyi olanlar, piylənmədən əziyyət çəkənlər və ən əsası passiv həyat tərzi sürənlər ağ çörəkdən uzaq durmalıdılar. Belə insanlar qida rasionuna qara çörək əlavə etsələr daha məsləhətli və faydalı olar.

Mədəsində turşuluq çox olan və ya mədə xorasından əziyyət çəkən insanlara isə gün ərzində 150 qramdan artıq qara çörək qəbulu olmaz. Alimlərin fikrincə günün birinci yarısında ağ çörək, ikinci yarısında isə qara çörək daha faydalıdır. Unutmayaq ki, sağlamlığımız sahib olduğumuz ən dəyərli varlıqdır. Onu qorumaq isə öz əlimizdədir.

Nərgiz Əhmədqızı