• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3207
— 17.11.2022 20:37

Ehtiyatsızlıq toya hazırlaşan gənclərin arzusunu yarımçıq qoyub

KepezTV Player

3 gün sonra toyları olacaqdı, ancaq bəxtləri gətirmədi. Şəmkirdə qız qaçıran gənc ailə qurmaq istədiyi xanımla birlikdə ehtiyatsızlıqdan partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb. Təfərrüatlar qarşıdakı sujetdə

Hadisə Şəmkirin Zəyəm Cırdaxan kəndində baş verib. Kənd sakini 24 yaşlı Elmar İsmayılov evlənmək məqsədilə Ağdam rayonundan olan 18 yaşlı Nərmin Cəfərovanı bir neçə gün öncə bacısının evinə qaçırıb. Elə partlayış da məhz bu evdə qeyd alınıb.

Hadisə bu otaqda baş verib. Belə ki, Nərmin Cəfərova və Elmar İsmayılov bu yataqda yatarkən Elmar İsmayılov siqaret yandırıb və qaz sızması nəticəsində partlayış baş verib. Hər iki şəxs xəsarət alıblar.

Vətən müharibəsi iştirakçısı olan Elmar İsmayılov yaxın vaxtlarda toy etməyi planlaşdırdı. Hətta toyun dəvətnamələri də paylanılıbmış.

Xəsarət alan hər iki şəxs partlayışdan sonra Şəmkir rayon mərkəzi xəstəxanasına aparılıb. Orada gənclərə ikin tibbi yardım göstərilib.

Yanıq xəsarəti alanlardan Elmar İsmayılovun Nərmin Cəfərovaya nisbətən vəziyyətinin daha ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırmalar aparılır.