• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 17.11.2022 20:29

Beynəlxalq Tələbə Günü qeyd edilib

KepezTV Player

Gəncədə beynəlxalq tələbə günü münasibətilə təhsilalanlar bir araya gəlib Gəncəd Dövlət Universitetinin tələbə şəhərciyində elə ali məktəbin tələbələrinin əl işlərindən ibarət sərgi təşkil edilib. Eləcə də universitetin kitabxana fonduna yeni daxil olan nəşrlərlə tanışlıq olub. Həm bakalavr, həm də magistr təhsil səviyyələri üzrə tələbələrin qatıldığı tədbirdə beynəlxalq tələbə gününün Milli Dirçəliş Günü ilə eyni tarixə təsadüf etməsinin ikiqat bayram əhval-ruhiyyəsi yaratdığı vurğulanıb. Bu iki əlamətdar tarixin oxşar tərəflərinə diqqət çəkilib. Alman faşizminin günahsız qurbanları olan tələbələrin xatirəsini əbədiləşdirmək məqsədilə 1946-cı ildə Praqada tələbələrin ümumdünya konqresində 17 noyabrın “Beynəlxalq Tələbə Günü” kimi təsis edilməsi qərara alınıb. Bu gün gənclik, romantika və şənlik günü kimi qəbul edilir. 7 mindən artıq tələbəsi olan Universitet tərəfindən belə əlamətdar tarixlərin qeyd edilməsinin gənclik baxımından önəminə toxunulub. Tədbirin bədii hissəsində ali təhsil ocağının tələbələrinin ifasında Azərbaycana və tələbələrə həsr edilən mahnılar və şeirlər səsləndirilib, rəqslər olub.