• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 17.11.2022 20:27

İnşaat materialarının qiyməti "od tutub yanır"

KepezTV Player

Gəncənin tikinti bazarında istənilən növ inşaat mallarına rast gəlmək mümkündür. Yəni alıcının zövqünə uyğun seçim imkanları genişdir. Ancaq zövqlə edilən seçimin qiymətlə uyğunsuzluğu var. Bahalıq bazarda durğunluq yaradıb.

Gəncənin tikinti bazarında inşaat materiallarının qiyməti durmadan qalxır. Alıcının istədiyi inşaat materialını tapmaq imkanı olsa onu ala bilmir. İnşaat materiallarının qiymətində artım ən çox mişar daşında, sement, dam örtüklərində müşahidə olunur - 20 faiə qədər. Qiymətlərin bu həddi alverə təsirsiz ötüşmür.

Maksim Rüstəmov satıcı: May ayından bu günə kimi olan vəziyyət durğunluqdu. Ümumiyyətlə alış-veriş çox zəifdir. Çox sakit bir alver gedir. 2021-ci ilə baxanda alverin vəziyyəti 70 faiz aşağı düşüb. Əsasən malları Bakıdan alırıq. Bakıda da mallar xarici ölkələrdən alınır və Bakıda istehsal olunur.

Muğan Məmmədov  satıcı: Mişar daşı satırıq. İlin əvvəlindən 60-62 qəpik idi və çox sayda da verə bilirdik. Son 4-5 aydır qalxıbdır. İndi də satırıq 74-76 qəpiyə bu da ilin əvvəlindən indiyə kimi 14-15 qəpik fərq edibdir.

Alim Bayramov  satıcı: Qiymətlər qabaqkı vaxta baxanda xeyli qalxıbdır. Əvvəl yerində 20-25 qəpiyə yığırdıq. İndi qalxıb 40-45 qəpik olub. Yanacaq bahadır, yükləri də azaldıblar. Vəziyyət get-gedə çətinləşir. Alıcılıq qabiliyyəti çox zəifdir. Kimsə istiyər ki, bir maşın alsın gücü çatmır.

İnşaat bazarında dəmir boruların da qiymətində artım müşühidə olunur. Belə ki, ötən aylara nisbətən hər borunun metrəsinin qiymətində 50 qəpik 1 manat artım var.

Akif Paşayev  alıcı: Yenə bahadı. Sment, taxta bahalaşıb. Keçən ilə baxanda bahadı.

Əhliman Əkbərov  alıcı: Alqıda satqıda, ev tikdirən də azdır. Ötən ilə baxanda bazar zəifləyib. Mənim özümə lazımdır bu gün düşüb axtarıram. Çox bahadır.

Tikinti bazarında qiymətlərin qalxması daha çox fərdi evlər tikintisi ilə əlaqələndirilir. Belə olan halda inşaat materiallarına tələb artır ki, bu da son nəticədə qiymətə təsirsiz ötüşmür.

Məsim Abadov iqtisadçı ekpert: Dünya bazarında avropa ölkələrində yanacağın qiymətinin qalxması ilə əlaqədar olaraq nəqliyyatın qiyməti qalxmışdı. Bizə daxil olan tikinti materialların ölkələri olan Rusiya, Ukrayna yaxın şərq ölkələrində qarşıdurma, müharibə buna təsir etmişdi. Əgər süni qiymət qalxmalar varsa onda enmələr müşahidə olunacaqdır. Müasir materiallara üstünlük verildikcə nisbətən köhnə texnalogiyarın isə qiyməti düşəcəkdir.

Hələ ki tikinti bazarında ancaq sinqlənmiş dəmir, polad vərəqə listlərin qiymətində dəyişiliklər yoxdur. Kərpic, qum və şebenin qiyməti də stabildir.

Elnur Vahidoğlu