• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 17.11.2022 11:47

Vəziyyət gərgin olaraq qalır

KepezTV Player

İranda vəziyyət gərgin olaraq qalır. Etiraz aksiyaları ölkə boyu hər yerdə davam edir. Tehranda hökumət quldurları yaşlı qadına hücum edərək vəhşicəsinə döyüblər.

İranın Kerman şəhərində əhali molla hökumətinə qarşı etiraz aksiyası keçirmək üçün küçələrə axışıb.

Ötən gecə Qərbi Azərbaycanın Bəykəndi şəhərində qəzəbli əhali repressiv hökumətə qarşı genişmiqyaslı gecə aksiyası keçirib.

Təbriz Azad Universitetinin öyrənciləri də repressiv molla hökumətinə qarşı etiraza qalxıblar. Narazı öyrəncilər İranın molla rejimini pisləyən şüar səsləndiriblər: "Top, tüfəng, tank  ola, molla gərək rədd ola” - şüarı daha populyar olub.

Hakimiyyətdən narazı qüvvələr elmi-dini mədrəsə yandırıblar. Xuzestan əyalətinin İze şəhərində naməlum şəxslər tərəfindən mədrəsənin yandırılması nəticəsində yaralananların sayı 15 nəfərə çatıb.