• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 819
— 13.11.2022 20:38

Uşaqlarda diqqət əksikliyi problemi

KepezTV Player

Bugün uşaqlarda ən çox rast gəlinən neyroinkişaf pozuntularından biri də diqqət əksikliyi problemidir. Əsas səbəblərdən biri isə uşaqların ekran qarşısında çox əyləşməsidir.

Diqqət əksikliyi olan uşaqlar bir şeyə diqqət yetirməkdə, impulsiv davranışlara nəzarət etməkdə çətinlik çəkə, həmçinin həddindən artıq aktiv ola bilərlər. Bu problem xüsusilə sakit bir mühitdə hərəkətsiz otura bilməmək, daim qısqanclıq göstərmək, dərslərə fikrini verə bilməmək, həddindən artıq fiziki hərəkət göstərmək və s. bu kimi davranışlarla özünü göstərə bilər.

Sona Davudova klinik psixoloq: Bunda bizim genetik amillərimiz, ətraf mühitdən aldığımız yalnış müdaxilələr, sosial mühitimiz də rol oynayır. Bundan başqa ən önəmli neqativ səbəblərdən biri isə uşaqların erkən yaşlardan uzun müddət mavi ekran, telefon, televizor qarşısında olmasıdır.

Bəzən valideynlər düşünür ki, uşaqlar telefonda öyrədici videolar izləyib yeni bilgilər öyrənirlər. Ancaq bunun mənfi cəhətləri də çoxdur. Çox ekran qarşısında olmaq beynin zövq alma, dad alma və s. kimi bölgələrində sinir hüceyrələrinin məhvinə gətirib çıxarır.

Sona Davudova klinik psixoloq: Yemək yeyəndə telefon televizor qarşısında qoyuruq yoxsa yemək yemirlər. Artıq dad almamağa başlayırlar. Uşaqların doyum bacarığı da bununla zəifləyir. Daha ağır dərəcələrdə uşaqlarda göz kontaktı da pozula bilir. Sosiallaşma bacarıqları aşağı düşməyə başlayır, həmyaşıdları ilə ünsiyyət qura bilmirlər. Bu zaman dərman müalicəsi də vacib olur.

Problemin qabağını almaq üçün valideynlərə 3 yaşına qədər uşaqları telefon, komputer kimi mavi ekrandan uzaq tutmaq, uşaqlarla oyun oynamaq, yaş yarım-2 yaşından sonra isə əgər uşağın normal söz ehtiyatı varsa, cümlə qura bilirsə bağçaya göndərmək tövsiyyə olunur.