• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 12.11.2022 20:30

Ölkədə ilk dəfə olaraq Gəncədə ekoloji park tikilir

KepezTV Player

Pilot layihə olaraq respublikamızda ilk dəfə Gəncədə inşa edilən ekoloji park kompleksində işlər sürətlə davam edir. Özünə məxsusluğu ilə seçiləcək istirahət məkanı müasir dizaynı ilə fərqlənəcək.

Ekoloji park Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Gəncəçayının sağ sahilində Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində inşa edilir. Burada tikinti işlərinə bu ilin mayından başlanılıb.  2100 kvm ərazinin 2 mini üç mərtəbəli bina üçün nəzərdə tutulub. Hazırda binanın zirzəmisində işlər başa çatıb. İkinci mərtəbədə beton işləri yekunlaşır. Eyni zamanda metal konstiruksiyaların montajı da gedir.

Bura ekoloji parkın içərisində yerləşən yaşıllıq sahəsidir. Bu yaşıllıq sahəsi təxminən 1000 kvm ərazini əhatə edir. Burada yetişdirilən nadir bitkilər insanlara nümayiş etdiriləcəkdir.

Burada gülçülük üçün müasir standartlara cavab verən 2 istixana komleksi də inşa ediləcək. Müxtəlif növ gül-çiçək eləcə də ağac ştilləri də burada yetişdiriləcək.

Hazırda ekoloji parkın tikintisində 8 ağır texnika və 30-a yaxın canlı qüvvə çalışır. Bu ilin sonuna kimi burada beton və metal konstruksiya işlərinin başa çatdırılması nəzərdə tutulur. Daha sonra binanın içərisində dizayın və ətrafda abadlıq işlərinə başlanılacaq.

 

Elnur Vahidoğlu