• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 12.11.2022 19:40

Ana ölümlərinin artmasına səbəb nədir?

KepezTV Player

Mediada ana ölümü xəbərlərinə mütəmadi olaraq rast gəlirik. Doğuş zamanı və ya sonrası baş verən bu xoşolmayan hal son illərin statistikasına görə artıb. Mövzu ilə bağlı qarşıdakı sujetdə daha ətraflı məlumat verəcəyik.

Ana ölümlərinin səbəbləri sırasında qadının xroniki xəstəlikləri az rol oynamır. Arterial təyziq, şəkərli diabet, ürək-damar problemləri, yaxud keçirilən ağır əməliyyatlar hamiləlik və doğuş zamanı təhlükə yaradan səbəblərdəndir.

Hamiləlik müddətində həkim müayinələrindən vaxtında keçməmək, qadının bu müddətdə hərəkətsiz qalması, doğuşun steril olmayan yerdə aparılması nəticədə bədənin iltihablanmasına və problemlərin yaranmasına gətirib çıxarır.

Təəssüf ki, qız uşaqlarının erkən yaşda evləndirilməsi ilə bağlı addımlar da erkən yaşda hamiləliyə gətirib çıxarır. Nəticədə isə arzuolunmaz hallar baş verir.

Bu kimi hallarla qarşılaşan vətəndaşlar polis əməkdaşlarına yaxud Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə xəbər verə bilər. Ana ölüm hallarının qarşısını almaq üçün isə  hamiləlik öncəsi və sonrası müayinə, qadının hamiləliyə hazır olub-olmaması haqqında öncədən ginekoloqu ilə məsləhətləşməsi tövsiyyə edilir.