• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 12.11.2022 16:24

Uşaq evinin sakinləri ziyarət ediliblər

KepezTV Player

Gəncədə şəhid ailələrinin üzvləri və qazilər tərəfindən valideyn himayəsindən məhrum uşaqlar ziyarət edilib. Uşaq evinin kimsəsiz olan sakinlərində bir neçə saatlıq da olsa xoş əhval-ruhiyyə yaratmaq məqsədilə onlara hədiyyələr təqdim olunub, vətən yolunda canlarından keçənlərin ruhuna ehsan süfrəsi açılıb. Övladını vətən yolunda qurban verən analar və atalar təsəllini elə anasız və atasız uşaqlarla birlikdə olmaqda görüblər. Görüşdə maraqlı söhbətlər aparılıb, uşaqların ifasında şeirlər və mahnılar səsləndirilib.