• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 11.11.2022 12:05

Kişi arvadının gözlərini çıxarıb, özü intihar edib

KepezTV Player

Gəncə Şəhər Prokurorluğuna noyabrın 10-u saat 21 radələrində şəhərin Nizami rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən evlərin birində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.