• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1270
— 11.11.2022 12:08

Prezident Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edib

KepezTV Player

"Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir". Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Türk dünyasının böyük bir ailə olduğunu vurğulayıb. Qeyd edib ki, ölkələr bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli, müxtəlif sahələrdə əməkdaşlığı fəallaşdırmalıdır.