• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 10.11.2022 19:39

İdman klubunun fəaliyyəti ucqar rayonda gələcək vəd edir

KepezTV Player

Ölkəmizdə idman sahəsinin inkişafına xüsusi diqqət və önəm verilir. Bu istiqamətdə şəhər və rayonlarda müxtəlif idman növlərinin inkişaf etdirilməsi üçün bir sıra işlər həyata keçirilir. İdmanın az inkişaf etdiyi ucqar dağlıq rayonlarda da bu yöndə addımlar atılır ki, Gədəbəydə yaradılan Gənclər İdman Klubu buna nümunədir.

Klub 5 ilə yaxındır ki, fəaliyyət göstərir. 2017-ci ildə taekvondo üzrə 3-cü dan qara kəmər ustası, bir çox respublika və beynəlxalq yarışların qalibi və mükafatçısı Beyrək Bağırov tərəfindən təsis edilən klub geridə qalan müddətdə rayonda taekvandonun inkişafına böyük təkan verib. Hazırda klubda olimpiya idman növü olan taekvando ilə yanaşı, savad döyüşü üzrə məşq bölmələrində Gədəbəydən olan uşaq, yeniyetmə və gənclərə bu növlərin sirləri öyrədilir.

Gədəbəy Gənclər İdman Klubunun yaşı az olsa da, qısa müddətə kifayət  qədər uğur sığışdıra bilib. Dağ rayonunun idmançıları həm ölkə, həm də beynəlxalq əhəmiyyətli yarışlardan müxtəlif əyarlı medallarla dönüblər.

Klubda iki idman növü üzrə məşqlər keçilsə də, yaxın gələcəkdə yeni növlərdən bölmələrin açılması planlaşdırılır.

Hazırda Gədəbəy Gənclər İdman Klubunda müxtəlif yaş qruplarında 70-dən çox idmançı taekvando və savad döyüşü ilə məşğul olur. Klub bölmələrin sayını artıraraq rayonda kütləviliyə nail olmaq niyyətindədi.