• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 10.11.2022 19:36

Bəzi dərmanlar tapılmır, bəzilərinin qiyməti qalxıb

KepezTV Player

Apteklərdə dərman preparatları və tibbi vasitələrin qiymətində artım var. Qiymətlər 3 aya yaxındır ki, 2 dəfəyə qədər yüksəlib. Əczaçılar da qiymət artımını təsdiqləyirlər. Mütəxəsislər isə bunun həlli yolundan danışırlar.

Apteklərə müraciət edən vətəndaşlar heç də xoş olmuyan mənzərə ilə qarşılaşırlar. Bir vaxtlar aldıqları dərmanların qiymətinin kəskin qalxmasının şahidi olurlar. Onsuz da dərmanların baha olmasından şikayət edən vətəndaşların qarşılaşdıqları digər xoşa gəlməz mənzərə isə həkimin yazdığı bəzi dərmanaları tapa bilməmələridir.

Əsasən də apteklərdə tapılmayanlar əsəb və sinir sakitləşdirici eləcə də ürək-damar xəstəliklərinin  müalicəsi üçün istifadə edilən dərmanlardı. Mütəxəsislər isə bunun həlli yolundan danışırlar.

Belə olduqda rəqabət mühiti  də artacaq. Bu isə qiymətlərin stabil olmasına gətirib çıxaracaq.

Bundan başqa apteklərdə dərmanların süni qiymət artımı da müşahidə edilir. Əgər belə hallar rast gəlinərsə aidiyyat qrumlara məlumat verilməsi tövsiyyə edilir.

 

Elnur Vahidoğlu