• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1812
— 10.11.2022 19:25

Goranboyda restoranda saxta alkoqollu içkilər aşkar edilib

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Goranboy rayonunda fiziki şəxs Şahin Şamil oğlu Qarayevə məxsus “Şahin” restoranında yoxlama aparılıb. Restorana gələn müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırma əlamətləri olan 28 ədəd alkoqollu içki aşkar edilib. Malların orjinaldan kəskin fərqləndiyi, o cümlədən qanunsuz olaraq təkrar spirtli içkilərin butulkalarından istifadə edildiyi və digər hissələrin kustar üsulla hazırlanaraq bərkidildiyi müəyyən olunub. Məhsullar möhürlənərək saxlanca verilib. Araşdırmalar davam etdirilir.