• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 10.11.2022 12:09

“Gəncə” dördüncü qələbəsini qazanıb

KepezTV Player

Basketbol üzrə Azərbaycan Çempionatında beşinci tura start verilib. "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən turun açılış oyununda “Gəncə” və "Neftçi” komandalarının basketbolçuları üz-üzə gəliblər. Nizami yurdunun təmsilçisi son saniyələrə qədər gərgin keçən oyunda rəqibinə 68:65 hesabı ilə qalib gələrək çempionatda dördüncü qələbəsini qazanıb. Matçda ən məhsuldar basketbolçular - "Gəncə"dən Ceylon Perri, "Neftçi”dən isə Mohsen Moradxani olub. Onlar hərəyə 21 xal toplayıblar. Bu qələbədən sonra "sarı-göylər" liderliyə yüksəliblər.