• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 10.11.2022 12:05

Zəncirvari qəzada 3 avtomobil toqquşub

KepezTV Player

Tovuzun Heydər Əliyev prospektində zəncirvari qəza qeydə alınıb. Vaz-ın 2106 və 2107 modelləri ilə Mercedes markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 06-nın sürücüsü 72 yaşlı Ramiz Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O təcili tibbi yardım maşını ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.